
Bakı. Trend:
“Mançester Siti”nin müdafiəçisi Natan Ake karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Milan” niderlandlı futbolçunu
transfer etmək istəyir.
A Seriyası nəhəngi ötən il heyətinə qata bilmədiyi Ake üçün
yenidən cəhd edəcək. 31 yaşlı mərkəz müdafiəçisinin İngiltərə klubu
ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu da keçidin
reallaşmaq ehtimalını artırır.
Qeyd edək ki, “Mançester Siti” Natan Akeni 2020-ci ilin yayında “Bornmut”dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində meydana çıxdığı 25 rəsmi matçda qol və ya
assistlə yadda qalıb.

