
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanda kredit kartlarından
istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 12,439
milyon, onların ümumi həcmi isə 647 milyon manat təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2025-ci ilin yanvar ayı ilə müqayisədə kredit kartları ilə
əməliyyatların sayı 1,449 milyon və ya 10,4% azalıb, onların ümumi
həcmi isə 193 milyon manat və ya 23% geriləyib. 2025-ci ilin yanvar
ayında kredit kartları ilə əməliyyatların sayı 13,888 milyon,
onların ümumi həcmi isə 840 milyon manat olub.
Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata görə,
Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilə
dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176
min artaraq 22 milyon 156 min ədəd təşkil edib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%
artıb.

