
Bakı. Trend:
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə
xarici ölkə diplomatlarının təxliyəsi davam edir. Bu gün axşam
saatlarında Meksikanın İrandakı Guillermo Alejandro Puente Ordorica
Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.
Trend-in
məlumatına görə, səfir media nümayəndələrinə açıqlamasında
Azərbaycanın dost ölkə olduğunu bildirib və Meksika ilə Azərbaycan
arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edib.
Qeyd edək ki, bundan əvvəl axşam saatlarında Meksikadan olan 7
diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə
təxliyə olunublar.

