
Bakı. Trend:
İran eedilnə xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin
dostluğuna xələl gətirəcək son dərəcə səhv və təxribatçı addımlar
atılmağa davam edir.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə prezidenti bildirib ki, min illik qonşuluq və qardaşlıq
münasibətlərimizə kölgə salacaq bir plana əl atmamalıyıq.
“Biz NATO və digər müttəfiqlərimizlə koordinasiyalı şəkildə
hadisələri izləməyə davam edəcək və təhlükəsizliyimizi gücləndirmək
üçün əlavə tədbirlər görəcəyik”, – deyə o əlavə edib.

