
Bakı. Trend:
Malta dronların hücumları ilə əlaqədar Azərbaycana həmrəyliyini
ifadə edir.
Trend-in
məlumatına görə, bu barədə Malta Baş nazirinin müavini və xarici
işlər və turizm naziri Yan Borq “X” sosial şəbəkəsində yazıb.
“Biz suverenliyi və regional sabitliyi təhdid edən istənilən
hərəkəti qətiyyətlə pisləyir və təmkin, dialoq və beynəlxalq hüquqa
tam hörmətin vacibliyini bir daha vurğulayırıq”, – deyə paylaşımda
bildirilib.

