
Bakı. Trend:
“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri bazar ertəsi
fövqəladə hallar üçün nəzərdə tutulmuş neft ehtiyatlarının
istifadəyə verilməsi imkanını müzakirə edəcəklər.
Trend-in
məlumatına görə, bunu Fransa hökumətindəki mənbə Yaxın Şərqdə
mövcud münaqişə fonunda neftin qiymətlərinin kəskin artmasını
“Reuters” agentliyinə şərh edərkən bildirib.
Danışıqlar barədə ilk olaraq “Financial Times” qəzeti məlumat
yayıb və müzakirələrə Beynəlxalq Enerji Agentliyinin də
qoşulacağını vurğulayıb. Qəzetin yazdığına görə, ABŞ da daxil
olmaqla “Böyük yeddilik” ölkələrindən üçü artıq bu ideyanı
dəstəklədiyini ifadə edib.

