
Bakı. Trend:
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə Türkiyənin
Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in
məlumatına görə, səfirin çağırılması İran ərazisindən buraxılan və
Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik
raketlə bağlı olub.
Məlumata əsasən, səfirə Ankaranın hadisə ilə bağlı narahatlığı
bildirilib.
Rəsmi Ankara Tehrandan izahat tələb edib.

