“Neftçi” “Turan Tovuz”a məğlub olub – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, günün son matçında “Neftçi” evdə “Turan Tovuz”la
üz-üzə gəlib.

Görüş Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Bölgə təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. “Ağ-qaralar” isə 31 xalla 7-ci yerdədir.

Günün ilk oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

XXIII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Karvan-Yevlax”la 1:1, “İmişli” “Şamaxı” ilə 0:0 hesablı heç-heçə
edib, “Qarabağ” isə doğma meydanda “Araz-Naxçıvan”a 6 cavabsız
qolla qalib gəlib. Tura martın 10-da yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir