
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə
zəng edərək beynəlxalq vəziyyətinin gedişatını müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin
köməkçisi Yuri Uşakov deyib.
“Bu axşam Rusiya və ABŞ prezidentləri telefonla danışıblar.
Donald Tramp beynəlxalq vəziyyətin hazırkı inkişafı ilə bağlı bir
sıra vacib məsələləri müzakirə etmək üçün Vladimir Vladimiroviç
Putinə zəng edib”, – deyə o bildirib.
R.Uşakovun sözlərinə görə, “təbii ki, diqqət İranla münaqişə
ətrafındakı vəziyyətə və ABŞ nümayəndələrinin iştirakı ilə aparılan
Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlara
yönəldilib”.

