Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finalda

Baş səhifə

Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilərdən ibarət Avropa çempionatı start götürüb.

Modern.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın iki sərbəst güləşçisi finala yüksəliblər.

Vasif Bağırov (57 kiloqram), Səbuhi Əmiraslanov həlledici mərhələyə vəsiqə qazanıblar. Ramik Heybətov (70 kiloqram) təsəlliverici görüşdə mübarizə aparacaq. Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibi ilə güləşəcək. Musa Ağayev də (65 kiloqram) bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir