İki ay ərzində 7 857 nəfərə proaktiv qaydada pensiya təyin edilib

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral ayları ərzində 7 857 şəxsə proaktiv
qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya
təyinatı aparılıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.




Bildirilir ki, onların 60,72%-ni kişilər, 39,28%-ni isə qadınlar
təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində 39 min
500 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə
başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 67,5
faizini kişilər, 32,5 faizini isə qadınlar təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir