Çempionlar Liqasında 1/8 final mərhələsi “Qalatasaray” – “Liverpul” matçı ilə başlayır

Baş səhifə

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start
veriləcək.

Trend xəbər
verir ki, açılış oyununda Türkiyənin “Qalatasaray” klubu öz
meydanında İngiltərə “Liverpul”unu qəbul edəcək. “Rams Park”
stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də
başlayacaq. Matçı ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə
edəcək.

Xatırladaq ki, bu komandalar arasında Liqa mərhələsində baş
tutan oyun İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə
yekunlaşmışdı.




Günün digər matçları saat 00:00-da start götürəcək. Almaniyanın
“Bavariya” klubu İtaliyada “Atalanta”nın, İngiltərə “Tottenhem”i
İspaniyada “Atletiko Madrid”in, İspaniya “Barselona”sı isə
İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 11-də
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir