
Bakı. Trend:
Martın 10-na keçən gecə İordaniyanın Əl-Əzraq şəhərində yerləşən
və Almaniya Silahlı Qüvvələri (Bundesver) ilə ABŞ Hərbi Hava
Qüvvələrinin şəxsi heyətinin yerləşdirildiyi hərbi bazaya raket
zərbəsi endirilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, raketlərin İrandan buraxıldığı
bildirilir.
Hələlik birbaşa zərbələrin olub-olmadığı və ya ələ keçirilmiş
raketlərin qalıqlarının düşərgə ərazisinə düşüb-düşmədiyi məlum
deyil.
Mərmilərdən biri Almaniya Federativ Respublikasının (AFR)
kontingentinin yerləşdiyi binaya dəyib. Lakin hücum zamanı hərbi
qulluqçular sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb.

