Britaniya iri desant gəmisini Yaxın Şərqə göndərir

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu münaqişənin
davam etməsi fonunda Böyük Britaniya hərbi komandanlığı Aralıq
dənizinin şərqinə iri desant gəmisi göndərməyə hazırlaşır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Aralıq dənizinin şərqində dəniz tapşırıqlarını yerinə yetirmək
üçün gəmidən istifadə etməyə ehtiyac yarana biləcəyi ehtimalını
nəzərə alaraq, ehtiyat tədbiri kimi “RFA Lyme Bay” gəmisini yüksək
hazırlıq vəziyyətinə gətirmək qərarı qəbul etmişik”, – deyə müdafiə
nazirliyinin adı açıqlanmayan rəsmisi bildirib.

Məlumata görə, Böyük Britaniyanın yardımçı donanmasının
tərkibinə daxil olan və tez-tez humanitar yardım əməliyyatlarında
və ya üzən hospital kimi istifadə olunan “Lyme Bay” gəmisi hazırda
Cəbəllütariqdə mövqe tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir