“Real” ispaniyalı qolkiperlə müqavilə müddətini uzadıb

Baş səhifə

Bakı. Trend:

“Real” Avropanın bir çox klublarının maraq dairəsində olan
istedadlı qapıçı İsan Ramirezlə müqavilə müddətini artırıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İspaniyanın U-17 yığmasının da
qapısını qoruyan 16 yaşlı Ramirez 2028-ci il iyunun 30-na qədər “kral klubu”na məxsus olacaq.




Gənc qapıçı “Sevilya” akademiyasında səkkiz il oynadıqdan sonra
2024-cü ildə “Real”a keçmişdi.

İspaniya nəhəngi ona qarşıdakı illərdə şans vermək istədiyi və
əsas komandaya yetişdirmək üçün başqa kluba buraxmayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir