
Bakı. Trend:
“Google” Rusiyada qadağan olunmuş bəzi məzmunlara çıxışı
məhdudlaşdırmadığına görə 11 milyon 400 min rubl (təxminən 145 min
dollar) məbləğində cərimələnib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, işə paytaxt Moskvada baxılıb.
Məhkəmə şirkətin qanunvericiliyin tələblərinə əməl etmədiyini
müəyyən edərək, “Google”un göstərilən məbləğdə cərimə ödəməsinə
qərar verib.
Bildirilir ki, şirkət daha əvvəl də qadağan olunmuş məzmunu
silmədiyi, Rusiyadakı istifadəçilərin şəxsi məlumatlarına çıxışı
məhdudlaşdırmadığını və digər pozuntular səbəbilə müxtəlif
məbləğlərdə cərimələrə məruz qalıb.

