Həbsdən çıxan keçmiş müstəntiq: desəydilər həmin statusu silərdim!

Baş səhifə

Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov 15 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

Modern.az xəbər verir ki, o, həbsilə bağlı açıqlama yayıb.

“Artıq azadlıqdayam. Mənə görə narahat qalan insanlara ürəkdən təşəkkür edirəm. Saxlanma şəraitimdən razıyam, səhhətim də qaydasındadır.

Əvvəla, bildirirəm ki, mən özümü hansısa inzibati hüquq pozuntusunda təqsirli bilməmişəm və heç bir statusumda (sosial şəbəkədə yazdıqları-red.) qanunu pozmamışam.

İkincisi, əgər kimsə mənim hansısa statusumu hesab edibsə ki, dövlət maraqlarına ziddir, mənə deyilsə, həmin statusu silərdim. Çünki, mən daim dövlətimin yanında olmuşam. Bunun üçün inzibati həbsə ehtiyac yox idi.
15 günlük həbs müddətinə gəldikdə, Əmir Teymurun belə bir sözü var. O, deyirdi ki, insandan çıxan çirkli qan bəzən onun şüurunu daha da aydınlaşdırır. Bu 15 günü çirkli qan kimi qəbul edirəm və hesab edirəm ki, bu günlər mənim bəsirətimi bir az da açdı və daha aydın görməyimə vəsilə oldu. Mən dövlətimi və millətimi sevirəm. Nəinki 15 gün azadlığım, bütün həyatım Azərbaycana fəda olsun”, – M.Abbasov bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir