
Bakı. Trend:
Bu ilin fevralıın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,863 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 557,5 milyon manat təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 27,5 milyard manatını milli valyutada kreditlər
təşkil edib.
Milli valyutadakı kreditlərin 452,6 milyon manatının ödəmə vaxtı
keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,333 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də
104,9 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin fevralın 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,640 milyard manat və ya 10,6%
artıb, xarici valyutada qoyulmuş kreditlər isə 101,5 milyon manat
və ya 2,3% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,421
milyard manatını qısamüddətli, 23,109 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 1,271 milyard
manatını qısamüddətli, 3,063 milyard manatını isə uzunmüddətli
kreditlər təşkil edib.

