Ermənistanda seçkilərə xaricdən müdaxilə cəhdləri var – AÇIQLAMA

Baş səhifə

Ermənistanın Xarici Kəşfiyyat Xidməti ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə xarici müdaxilə cəhdlərinin ola biləcəyi barədə açıqlama yayıb.

Modern.az xəbərinə görə, qurum bildirib ki, bəzi ölkələrdə erməni sahibkarlara yerli xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təzyiq göstərilir. Məqsəd həmin biznes nümayəndələrini Ermənistanda müəyyən siyasi qüvvələri maliyyələşdirməyə və dəstəkləməyə məcbur etməkdir.

Xarici Kəşfiyyat Xidmətində qeyd olunub ki, qurum vəziyyəti və seçki proseslərinə xaricdən mümkün müdaxilə cəhdlərini diqqətlə izləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir