ABŞ-ın Baş Qərargah Rəisi: İranın 50-dən çox gəmisi məhv edilib

Baş səhifə

ABŞ İran donanmasının 50-dən çox gəmisini hədəf alıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Keyn deyib.

O bildirib ki, ABŞ İranın mina qoyan gəmilərini hədəfə alıb, 50-dən çox gəmi batırılıb və ya məhv edilib.

“İranlılar döyüşürlər. Mən buna hörmət edirəm. Amma onların düşündüyümüzdən daha güclü olduğunu zənn etmirəm”, – Dan Keyn qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir