
Bakı. Trend:
10 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı yeni səfiri Nelsi Rakel
Munar Xaramiyonu qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı
səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim
edib.
Nazir Ceyhun Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə
başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun
genişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil və
mədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir
mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlər
Nazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri
barədə məlumat verilib.
Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfli
platformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahəsində
bir-birini dəstəklədiyi məmnunluqla bildirilib.
Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub,
dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərin
faydalı olduğu diqqətə çatdırılıb.
Nazirlər həmçinin Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyət
ətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin
Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini,
deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli,
eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr
aparılıb.

