
Bakı. Trend:
Sabah Ramazan ayının 21-ci günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 11-də Bakıda imsak saat 05:33-də, iftar
isə saat 18:57-dədir.
Ramazan ayının 21-ci gününün duası:
“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl
liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və
məqila. Ya qaziyə həvaicit-talibin”.
Tərcüməsi:
“İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru
mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla!
Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin
ehtiyacını yerinə yetirən Allah!”
Allah orucunuzu qəbul etsin!

