ABŞ Ticarət Nazirliyi və “USACC” strateji tərəfdaşlıq qurmaq niyyətindədir

Baş səhifə

Vaşinqton. Trend:

ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyası və
ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) strateji tərəfdaşlıq qurmaq
niyyətlərini açıqlayıblar.

Trend-in xüsusi
müxbirinin məlumatına görə, bu barədə ABŞ Ticarət Departamentinin
köməkçi katibinin müavini Bill Quidera ABŞ-Azərbaycan Ticarət
Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və
biznes konfransında bildirib.

“Biz ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlığı davam
etdirməyə və Azərbaycanda biznes fəaliyyəti göstərən şirkətləri
dəstəkləməyə hazırıq. ABŞ Ticarət Departamentinin Beynəlxalq
Ticarət Administrasiyası və “USACC” Cənubi Qafqaz regionunda
regional ticarəti artırmaq və məhsuldarlığı yüksəltmək üçün
strateji tərəfdaşlığa girmək niyyətlərini açıqlayıblar. Bu, çox
vacibdir. Hər şey ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycan
hökumətindən başlayır”, – deyə o bildirib.

Bill Quidera qeyd edib ki, “USACC” artıq 30 ildir ABŞ ilə
münasibətlərin gücləndirilməsi istiqamətində fəaliyyət
göstərir.




“İnanırıq ki, bu səylərin nəticələrini bu gün çox əhəmiyyətli
miqyasda görürük. Prezident Trampın avqustun 8-də ev sahibliyi
etdiyi sammit, ardınca vitse-prezident Vensin səfəri böyük
əhəmiyyət kəsb etdi. Biz bu əlaqələri daha da gücləndirməyi
səbirsizliklə gözləyirik və hesab edirik ki, bu səfərlər
münasibətlərimizin əhəmiyyətinin vacib sübutudur”, – deyə o əlavə
edib.

Bill Quidera vurğulayıb ki, Ticarət Nazirliyi bu münasibətlərə
böyük dəyər verir və ənənəvi olaraq enerji, süni intellekt və
regional əlaqələrə yönəlmiş nümayəndə heyətləri və tədbirləri əhatə
edən birgə proqramların təşkili səylərini davam etdirəcək.

“USACC”nin icraçı direktoru Natiq Baxışov isə bildirib ki,
ABŞ-Azərbaycan Ticarət Palatası üçün ABŞ Ticarət Departamenti ilə
tərəfdaşlıq qurmaq böyük şərəfdir.

“Dəstəyinizə görə çox təşəkkür edirəm. Birlikdə ABŞ və
Azərbaycan arasında daha güclü münasibətlər quracaq və regional
əməkdaşlığı gücləndirəcəyik”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir