BMT baş katibi Quterreş İranın xarici işləri naziri ilə danışıb

Baş səhifə

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri
Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Trend xəbər verir
ki, bu barədə BMT-nin baş katibinin ofisi məlumat yayıb.




Məlumata görə, Quterreş telefon danışığı zamanı Yaxın Şərq
münaqişəsinin yayılması və onun qlobal iqtisadiyyata təsiri ilə
bağlı narahatlığını bildirib.

“Tərəflər regionda mövcud hərbi eskalasiyanı müzakirə ediblər.
Baş katib əvvəlki açıqlamalarında ifadə etdiyi mövqeyi təkrarlayıb.
O, bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitar
hüquqa hörmət etməsinin, mülki şəxslərə və mülki infrastruktura
hücum etməkdən çəkinməsinin vacibliyini vurğulayıb. Həmçinin mövcud
münaqişənin regional yayılmasından və onun qlobal iqtisadiyyata
təsirindən narahatlığını bildirib”, – deyə məlumatda qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir