Tramp Texasda NEZ-in açılacağının anonsunu verib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp Texasda neft emalı zavodu açmaq planlarını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

“50 ildən sonra ilk neft emalı zavodu Texasın Braunsvill şəhərində açılır”, – Tramp qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Braunsvill Limanında neft emalı zavodunun açılışı ABŞ bazarlarına yanacaq tədarükünü təmin edəcək, milli təhlükəsizliyi gücləndirəcək, ABŞ-da enerji istehsalını sürətləndirəcək və milyardlarla dollar maliyyə faydası yaradacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir