BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası martın
11-də Livandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Trend xəbər verir
ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik
bildirib.




Onun sözlərinə görə, təşkilatın baş katibinin humanitar
məsələlər üzrə müavini Tom Fletçer Təhlükəsizlik Şurası qarşısında
məruzə ilə çıxış edəcək.

Qeyd olunub ki, daha əvvəl Fransa son bir həftə ərzində İsrail
tərəfindən kütləvi zərbələrə məruz qalan Livanda vəziyyətin
pisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasını təcili iclas
keçirməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir