Tramp Texasda yeni neft emalı zavodunun açılacağını bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Texas ştatında yeni neft emalı
zavodunun açılması planlarını açıqlayıb.

Trend xəbər verir
ki, Tramp bu barədə “Truth” hesabında məlumat verib.




“50 ildən sonra ilk neft emalı zavodu Texasın Braunsvill
şəhərində açılır”, – deyə o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Braunsvill limanında açılacaq
neft emalı zavodu ABŞ bazarlarına yanacaq tədarükünü təmin edəcək,
milli təhlükəsizliyi gücləndirəcək, ölkədə enerji istehsalını
sürətləndirəcək və milyardlarla dollar maliyyə faydası
yaradacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir