
Bakı. Trend:
“Barselona” klubu “Kamp Nou” stadionu üçün Barselona Şəhər
Şurası tərəfindən verilmiş 1C lisenziyasını alıb.
Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu lisenziya stadionun tamaşaçı tutumunun 45 mindən 62 minə
qədər artırılmasına imkan verir.
Bildirilib ki, bu mərhələ əsasən stadionun birinci və ikinci
mərtəbələri arasında yerləşən VIP zonaların və istirahət
otaqlarının inkişafına yönəlib. Layihə çərçivəsində əlavə
qonaqpərvərlik zonalarının yaradılması da nəzərdə tutulur.
Məlumata görə, bu mərhələ stadionun cənub hissəsində yerləşən və
stadionun tarixi açılış ilinin şərəfinə “Qol 1957” adlandırılan
yeni fan zonasının inkişafını da əhatə edir. Bu məkan oyunlar
zamanı azarkeşlərin atmosferi və dəstəyi artırması üçün nəzərdə
tutulub.

