
Bakı. Trend:
Kuba paytaxtı Havanada istilik elektrik stansiyasının bağlanması
ilə əlaqədar yeni elektrik kəsintiləri qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə adanın elektrik şirkəti “UNE” X sosial şəbəkəsində
məlumat yayıb.
Enerji şirkətinin açıqlamasında bildirilib: “Ernesto Guevara De
La Serna” İstilik Elektrik Stansiyasının 2 nömrəli bloku turbin
idarəetmə sistemində yaranmış nasazlıq səbəbindən sıradan
çıxıb.

