Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı.Trend:

Martın 11-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində
110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq
hava xəttində təmir işləri aparılacaq.

Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC
məlumat yayıb.




Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək
Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan
kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir