Timor-Leste Prezidenti XIII Qlobal Bakı Forumunda iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Timor-Leste
Demokratik Respublikasının Prezidenti Xose Ramos-Horta Azərbaycana
səfər edib.

Trend xəbər verir
ki, səfər çərçivəsində Prezident Xose Ramos-Hortanı Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin Baş katibi qarşılayıb. Görüş zamanı tərəflər
səmimi salamlaşaraq qısa fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Prezident Xose Ramos-Horta Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı
Forumunda iştirak edəcək dünya liderləri və yüksək səviyyəli
qonaqlar sırasındadır. Forum çərçivəsində qlobal çağırışlar,
çoxtərəfli əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri
ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir