
Bakı. Trend:
Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Çinin
“BYD” şirkəti “Formula 1” yarışlarında iştirak imkanını nəzərdən
keçirir.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “Formula 1”də iştirak Çin avtomobil
istehsalçılarının qlobal səviyyədə cəlbediciliyini artırmağın
mümkün yollarından biri kimi qiymətləndirilir. Şirkət yeni yarış
komandası yaratmağı və ya mövcud komandalardan birini satın almağı
düşünür.
“Bloomberg” qeyd edir ki, ümumilikdə Çin avtomobil
istehsalçıları motorsport yarışlarına nadir hallarda maraq
göstərirlər.
Mənbələrin məlumatına görə, yüksək xərclər “BYD” üçün əsas
maneələrdən biri ola bilər. Belə ki, yarış avtomobilinin
hazırlanması və mövsüm ərzində iştirak xərcləri 500 milyon dollara
qədər çata bilər və yarışın təşkilatçıları ilə danışıqlar da uzun
müddət davam edir.

