Salyanda baş verən qəzada bir nəfər ölüb

Baş səhifə

Salyanda baş verən qəza bir nəfərin ölümünə səbəb olub.

APA-nın Mil-Muğan bürosunun bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil idarəetmənin itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb.

2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.

O, daha sonra paytaxt xəstəxanalarından birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir