
Bakı. Trend:
Bu axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin
növbəti dörd qarşılaşması keçiriləcək.
Trend xəbər verir
ki, günün ilk matçında Almaniyanın “Bayer Leverkuzen” klubu
İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq.
Gecənin digər oyunlarında Norveçin “Budyo Qlimt” klubu
Portuqaliyanın “Sportinq” komandası ilə, Fransanın “PSJ” klubu
İngiltərənin “Çelsi” komandası ilə, İspaniyanın “Real Madrid” klubu
isə İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gələcək.
21:45. “Bayer Leverkuzen” – “Arsenal”
00:00. “Budyo Qlimt” – “Sportinq”
00:00. “PSJ” – “Çelsi”
00:00. “Real Madrid” – “Mançester Siti”

