EIA OPEC+ ölkələri ilə bağlı neft hasilatı proqnozunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin
hasilatının 2026-cı ildə 43,91 milyon barel, 2027-ci ildə isə orta
hesabla günə 45,04 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend xəbər
verir ki, bu barədə EIA-nın “Qısamüddətli enerji perspektivi” adlı
hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrinin
sözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 42,61
milyon barel təşkil edəcək, ikinci rübdə günə 43,27 milyon barel,
üçüncü rübdə gündəlik 44,82 milyon barel, dördüncü rübdə isə günə
44,91 milyon barel təşkil edəcək.




Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digər
maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir:
birinci rübdə hasilatın günə 45,03 milyon barel, ikinci rübdə günə
45,04 milyon barelə, üçüncü rübdə günə 45,00 milyon barel, dördüncü
rübdə isə gündəlik 45,09 milyon barel səviyyəsində olacağı
gözlənilir.

“Martın 1-də OPEC+ aşağı neft ehtiyatları ilə bağlı
qiymətləndirmələrə cavab olaraq 2026-cı ilin aprel ayından etibarən
gündəlik ümumilikdə 206.000 barel həcmində hasilatı artırmağa
başlamaq barədə razılığa gəlib. Növbəti qərarın isə aprelin 5-də
verilməsi gözlənilir. OPEC+ 2027-ci il üçün planlaşdırılan
hədəflərini yalnız 2026-cı ilin dördüncü rübündə açıqlayacaq olsa
da, proqnoz dövrü ərzində ehtiyatların əhəmiyyətli dərəcədə
artacağı ilə bağlı qiymətləndirmələri nəzərə alaraq, təşkilatın
gələn il hasilatı ciddi şəkildə artıracağını gözləmirik. OPEC+ üzrə
mövcud təkliflə bağlı hazırkı fərziyyəmiz həmçinin Hörmüz boğazı
ətrafında neft axınlarında yaranan fasilələrin müddəti və
miqyasından da asılıdır”, – EİA-nın hesabatında qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir