BƏƏ sahilində konteyner gəmisi mərmi ilə vurulub

Baş səhifə

BƏƏ sahil suları yaxınlığında naməlum gəmi mərmi zərbəsi nəticəsində zədələnib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi məlumat yayıb.

Məlumata görə, BƏƏ-nin Ras əl-Xayma şəhərindən şimal-qərbdə 25 dəniz mili məsafədə konteyner gəmisi mərmi zərbəsi nəticəsində zədələnib.

Hörmüz boğazında hücuma məruz qalmış konteyner gəmisi yardım istəyib, ekipaj gəmini tərk edib.

Məlumata görə, bütün ekipaj üzvləri təhlükəsizlikdədir və onların mövqeyi müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir