
Bakı. Trend:
Qlobal neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı
ildə gündəlik 0,73 milyon barel artaraq 106,31 milyon bareldən
107,04 milyon barelə çatacaq.
Trend xəbər
verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya
Administrasiyası (EIA) “Qısamüddətli enerji perspektivi” adlı
hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.
Əvvəlki hesabatda isə hasilatın gündəlik 1,56 milyon barel
artacağı və 106,29 milyon bareldən 107,85 milyon barelə yüksələcəyi
proqnozlaşdırılırdı. Beləliklə, hasilat artım tempi üzrə proqnoz
iki dəfədən çox azaldılıb.
Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cı
ilin birinci rübündə qlobal neft və digər maye karbohidrogenlərin
hasilatının gündəlik 105,14 milyon barel, ikinci rübdə gündəlik
105,78 milyon barel, üçüncü rübdə gündəlik 108,25 milyon barel,
dördüncü rübdə isə gündəlik 108,92 milyon barel olacağı
proqnozlaşdırılır.
Bununla yanaşı, 2027-ci il üçün proqnoz əhəmiyyətli dərəcədə
artırılıb — gündəlik artım gözləntisi 0,9 milyon bareldən 2,57
milyon barelə yüksəldilib. EIA-nın yeni qiymətləndirməsinə görə,
2027-ci ildə dünyada maye karbohidrogenlərin hasilatı gündəlik
109,61 milyon barel təşkil edəcək.
EİA-nın proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal
neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 108,85
milyon barel, ikinci rübdə gündəlik 109,34 milyon barel, üçüncü
rübdə gündəlik 109,86 milyon barel, dördüncü rübdə isə gündəlik
110,37 milyon barel olacağı proqnozlaşdırılır.

