“Axios”: ABŞ İsraildən İranın enerji infrastrukturuna zərbə endirməməyi istəyib

Baş səhifə

Tramp administrasiyası İsrailə İranın enerji obyektlərinə, xüsusilə də neft infrastrukturuna əlavə zərbələr endirməməsi barədə müraciət edib.

APA xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, eyni zamanda, ABŞ İsraildən hər hansı mümkün neft obyektlərinə hücum barədə əvvəlcədən məlumat verməyi xahiş edib.

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, Tramp administrasiyası bu xahiş üçün 3 səbəb göstərib. Belə ki, bu zərbələr rejimə qarşı olan İran cəmiyyətinə zərər vurur, müharibədən sonra İranın neft sektoru ilə əməkdaşlıq etmək planlaşdırılır və ən nəhayət, zərbələr İranı Körfəz ölkələrinin enerji infrastrukturuna kütləvi cavab hücumlarına təhrik edə bilər.

Mənbə, həmçinin qeyd edib ki, İranın enerji və neft obyektlərinə zərbələr administrasiya tərəfindən yalnız Tehran Körfəz ölkələrinin neft obyektlərinə qəsdən hücum edərsə, tətbiq edilməli olan son variant kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir