“Atropatena” əsəri milli kimliyin inkişafı üçün böyük əhəmiyyət daşıyır – Yusif Vəliyev

Baş səhifə

Bakı.Trend:

Hesab edirik ki, gənclərimiz bu kitabdan istinad mənbəyi kimi
istifadə edəcəklər. Eyni zamanda, əsər milli kimliyimizin
formalaşması və inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Trend xəbər
verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini
icra edən Yusif Vəliyev bu gün “Atropatena – Adorbayqan adlı
dövlətin yaranması” kitabının təqdimat mərasimi zamanı
jurnalistlərə açıqlamasında bildirib.




O vurğulayıb ki, Həsən Həsənov həmişə gənclər üçün əlçatan olan
bir tarixçi alimdir.

“Biz istənilən vaxt ona müraciət edərək müxtəlif
düşərgələrimizdə və layihələrimizdə gənclərlə görüşlərini təşkil
edirik. Bu görüşlərin əsas məqsədi isə Prezident İlham Əliyevin də
vurğuladığı kimi, gənclərimizin Azərbaycan tarixini bilməsi, onu
qoruması və yaşatmasıdır”, – deyə Yusif Vəliyev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir