İsrail Beyrutda Hizbullaha qarşı hava əməliyyatlarını başa çatdırıb

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutda Hizbullah hərəkatının
obyektlərinə endirilən zərbələri başa çatdırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə IDF-in rəsmi Telegram-kanalında
məlumat yayılıb.

“Bu gün səhər (çərşənbə günü) İsrail Müdafiə Qüvvələri Beyrutun
Dahiyə rayonunda “Hizbullah” terror təşkilatına məxsus, o cümlədən
komanda mərkəzlərinə və terror təşkilatının silahları saxladığı
obyektlərinə hədəflənmiş əlavə zərbələr dalğasını başa çatdırıb”,-
IDF-in məlumatında deyilir.

IDF əlavə edib ki, zərbələrdən əvvəl mülki şəxslərə zərər dəymə
riskini minimuma endirmək üçün bir sıra tədbirlər görülüb. Bu
tədbirlərə əvvəlcədən xəbərdarlıqların verilməsi, yüksək dəqiqlikli
sursatlardan istifadə və havadan müşahidə daxildir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir