
Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı
ilin əvvəli ilə müqayisədə 0,7 faiz, ötən ilin eyni dövrünə
nisbətən isə 7% artaraq 865,4 min nəfər təşkil edib.
Trend bu barədə
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir.
Məlumata görə, hesabat dövrünə aktiv ƏDV ödəyicilərinin sayı isə
ilin əvvəlinə nisbətən 2,1 faiz, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 10,2 artaraq 59,6 min təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin)
sayı ilin əvvəlinə nisbətən 1,5 faiz, ötən ilin eyni dövrün ilə
müqayisədə isə 7,4% artıb və 236,4 min olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə isə aktiv vergi
ödəyicilərinin sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 0,2 faiz
artaraq 808,4 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,4 faiz
artaraq 54,1 min təşkil etmişdi. Həmin tarixə aktiv təsərrüfat
subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artaraq 220,2 min
olub.

