İsrailin Səhiyyə Nazirliyi İranla münaqişə ilə əlaqədar gün ərzində yaralananların sayını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İsrailin Səhiyyə Nazirliyinə görə son 24 saat ərzində İranla
davam edən münaqişə nəticəsində 205 nəfər yaralı vəziyyətdə
xəstəxanalara çatdırılıb. Bu rəqəmə həm mülki şəxslər, həm də
hərbçilər daxildir.

Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, hazırda müalicə olunanlar arasında bir nəfərin
vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, 193 nəfərin
vəziyyəti isə kafidir.

Nazirlik həmçinin bildirir ki, fevralın 28-də İranla müharibə
başlayandan bəri ümumilikdə 2 557 nəfər xəstəxanalara yerləşdirilib
və onlardan 84 nəfər hazırda xəstəxanada müalicə olunur.

Hazırda xəstəxanada olanlardan 10 nəfərin vəziyyəti ağır, 9
nəfərin vəziyyəti orta ağır, 71 nəfərin vəziyyəti isə qənaətbəxş
qiymətləndirilir.




Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir