Aİ lideri: İran müharibəsinə görə Avropa enerji üçün 3 milyard avro ödəyib

Baş səhifə

İsrail və ABŞ-ın İrana qarşı əməliyyatlarının ilk on günü ərzində enerji daşıyıcılarının qiymətinin artmasına səbəbindən avropalılar enerji resurslarına 3 milyard avro əlavə pul ödəyiblər.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avrop parlamentinin plenar sessiyasında çıxışı zamanı deyib.

“Münaqişənin başlanğıcından bəri qazın qiyməti 50%, neftin qiyməti isə 27% artıb. Bu artımı avroya çevirsək, müharibənin 10 günü ərzində Avropa vergi ödəyicilərinə neft-qaz idxalı əlavə 3 milyard avroya başa gəlib. Bu, asılılığımızın qiymətidir”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir