Həcc ziyarəti üzrə kvota tamamlanıb? – QMİ

Baş səhifə

Bakı. Trend:

Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmaq üzrədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları
İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem
rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulun vaxtının
bitməsinə baxmayaraq qəbul davam etdirilir:




“Artıq kvotanın 88 faizdən çoxu tamamlanıb. İlk uçuş isə mayın
17-də olacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Son günlər
regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur,
proses normal şəkildə davam edir. Ziyarətdən imtina edənlər yoxdur,
gündəlik müraciətlər qeydə alınır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə
Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və
bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə
alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının
7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ
dolları, yəni 10 388 AZN təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir