
Bakı. Trend:
“Yelo Bank” ASC bankdaxili ehtiyaclarının təmin edilməsi
məqsədilə “A4 kağızın alışı”na dair açıq tender proseduruna start
verdiyini elan edir.
Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı meyarlara
cavab verməlidir:
– Müvafiq sahədə yüksək peşəkarlıq, təcrübə, texniki və maliyyə
imkanlarına, habelə idarəetmə səriştəsi və etibarlığına malik
olması;
– Maliyyə dayanıqlığı və ödəmə qabiliyyətinin olması;
– Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək
imkanının olması (əmlak üzərinə həbs qoyulmamalı, tələb yönəlmiş
təminat predmeti olmamalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari
ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması;
– Müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün
qanunvericiliklə tələb olunan lisenziya və ya icazələrə malik
olması;
– Müflis elan olunmaması və məhkəmə qərarı ilə kommersiya
fəaliyyətinin dayandırılmaması.
Tender təklifləri 16 mart 2026-cı il, Bakı vaxtı ilə saat
17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81 K ünvanına bağlı və
küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. Tenderlə
bağlı bütün ətraflı məlumatlar və texniki şərtlərlər ilə linkə
keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/a4tender.
Bankdan tecili kredit
əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

