
Bakı. Trend:
Qlobal Bakı Forumu yeni ideyalar, alternativlər və həllər üçün
platformaya çevrilib.
Trend xəbər verir
ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti
Mariya Fernanda Espinosa martın 12–14-də keçiriləcək XIII Qlobal
Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Bu forum – Bakı Forumu – təkcə dünya geosiyasətinin məlumatlı
təhlili üçün bir başlanğıc nöqtəsinə çevrilməyib, eyni zamanda yeni
ideyalar, alternativlər və həllər üçün bir məkan rolunu oynayır.
Hətta regionda çox qeyri-sabit və təhlükəli vəziyyətin hökm
sürməsinə baxmayaraq, forumda dünyanın bütün regionlarından 350-dən
çox siyasətçi, parlament üzvü, dövlət və hökumət başçıları iştirak
edəcək”,- deyə o bildirib.
Onun sözlərinə görə, bu, forumun və Azərbaycanın dialoq və
konstruktiv diplomatiyanın baş verdiyi cəlbedici bir məkan kimi
əhəmiyyətini önə çıxarır. Bu forumda gənc nəslin səsi də
eşidiləcək.
Onun sözlərinə görə, bu, forumun və Azərbaycanın dialoq və
konstruktiv diplomatiyanın baş verdiyi cəlbedici bir məkan kimi
əhəmiyyətini göstərir. Bu forumda gənc nəslin səsi də
eşidiləcək.

