
Bakı. Trend:
Türkiyənin İzmir vilayətinin Torbalı rayonunda həyata keçirilən
əməliyyat zamanı bir avtomobildə aparılan axtarış nəticəsində 1 ton
346,5 kiloqram skunk (yüksək psixoaktivlikli marixuana) və 57 min
ədəd narkotik həb ələ keçirilib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir
Əməliyyat çərçivəsində 1 şübhəli saxlanılıb.
Daxili İşlər Nazirliyinin açıqlamasında narkotiklə mübarizə
çərçivəsində aparılan işlərin qətiyyətlə davam etdiyi
vurğulanıb.

