
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Qusarçay kəndində növbəti səyyar qəbul
keçirib.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Qusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq
kəndlərinin sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri
qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik
edərək, onlara xoş arzularını çatdırıb. İcra başçısı yerlərdə
ənənəvi olaraq keçirilən səyyar qəbulların əhəmiyyətindən
danışıb.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin elektrik təsərrüfatının yenidən qurulması, daxili yolların
təmiri və tibb məntəqəsinin yenilənməsi ilə bağlı müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciət yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

