
Bakı. Trend:
“Levski”nin hücumçusu Mustafa Sanqare karyerasını Azərbaycan
Premyer Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Qarabağ” malili futbolçunun
xidmətində maraqlıdır.
Məlumata görə, Azərbaycan çempionu bir neçə gündür Sanqare ilə
danışıqlar aparır.
Hazırda forvardın diz zədəsi olmasına baxmayaraq, “Qarabağ”ın
marağı güclü olaraq qalır və klub mövsümün sonunda onu transfer
etmək üçün səylərini əsirgəmir. Ağdam təmsilçisi oyunçunun özü ilə
anlaşsa, onun klubu ilə danışıqları intensivləşdirəcək.
Mali millisinin üzvü yeni bir rəqabət meydanına çıxmaq üçün
tezliklə Bolqarıstan çempionatını tərk etməyi düşünür. “Transfermarkt” portalının 1,5 milyon avro dəyər verdiyi 27 yaşlı
hücumçunun Sofiya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi
nəzərdə tutulub.
Qeyd edək ki, “Levski” Mustafa Sanqareni 20224-cü ilin yayında
Portuqaliyanın “Varzim” klubundan 150 min avroya transfer edib.
Təcrübəli forvard cari mövsümdə komandanın heyətində meydana
çıxdığı 29 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda
qalıb. O, daha əvvəl Fransada “Vinsenn”, “Rasinq”, “Amyen” və “Borqo”nun formasını geyinib.

