Könül Həmzəyeva saxlanılıb

Baş səhifə

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

Modern.az xəbər verir ki, külli miqdarda dələduzluq ittihamı ilə axtarışa verilmiş Könül bu gün şübhəli şəxs qismində tutulub.

Hazırda Xəzər Rayon Polis İdarəsində ilkin istintaq hərəkətləri aparılır. K.Həmzəyevanın sabah məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bir ay əvvəl də tanınmış influenser Fidan Zeyn və Azerina da Könüldən şikayət edib. Onlar Həmzəyeva tərəfindən 150 min manat pullarının ələ keçirildiyini deyiblər. (Qafqazinfo)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir